Modern.az

Saakaşvili ilə bağlı qətnamə qəbul edildi 

Saakaşvili ilə bağlı qətnamə qəbul edildi 

Aktual

15 Fevral 2023, 19:47

Avropa Parlamenti Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə bağlı qətnamə qəbul edib.

 

Modern.az xəbər verir ki, AP eks-prezidentin səhhətinin pisləşməsindən narahatlığını ifadə edib.

 

Qətnamədə Gürcüstan hakimiyyətinə çağırış edilib ki, Saakaşvilinin azadlığa buraxılaraq, xaricdə müalicə almasına şərait yaradılsın.

 

Avropa Parlamenti, həmçinin Gürcüstan Prezidenti Salome Zurabişvilini konstitusion hüququndan istifadə edərək Saakaşvilini əfv etməyə çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı