Modern.az

Fətullah Güləndən BƏYANAT: mütləq Türkiyəyə dönəcək 

Fətullah Güləndən BƏYANAT: mütləq Türkiyəyə dönəcək 

Dünya

12 Avqust 2016, 15:19

Türkiyədəki 15 iyul hərbi çevriliş cəhdini həyata keçirməkdə təqsirləndirilən “Hizmət” şəbəkəsinin lideri Fətullah Gülən bəyanatla çıxış edib.

Modern.az-ın xəbərinə görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, F.Gülən Ankaradakı hərbi çevrilişə cəhdin araşdırılması üçün beynəlxalq komissiya yaradılmasını tələb edib.

Deyib ki, əgər ona qarşı irəli sürülən bütün ittihamlar təsdiqini taparsa, mütləq Türkiyəyə dönəcək. 

Türkiyə hökuməti 15 iyul hərbi çevrilişə cəhdi hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənin təşkil etdiyini bildirib.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı