Modern.az

Səudiyyə Ərəbistanı öldürülən jurnalistin övladlarına mülklər bağışladı

Səudiyyə Ərəbistanı öldürülən jurnalistin övladlarına mülklər bağışladı

Dünya

2 Aprel 2019, 09:59

Səudiyyə Ərəbistanı hökuməti öldürülən jurnalist Camal Haşqacının övladlarına Qara dəniz sahilində, Ciddə şəhərində mülklər bağışlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, mülklərin ümumi dəyəri 4 milyon dollardan çoxdur. Camal Haşqacının böyük oğlundan başqa, digər övladları ABŞ-da yaşayır və həmin mülkləri satmağı planlaşdırır.

Xatırladaq ki, Camal Haşqacı 2018-ci ilin oktyabrında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı