Modern.az

Prezident Administrasiyasında iki yüksək vəzifə müdir gözləyir

Prezident Administrasiyasında iki yüksək vəzifə müdir gözləyir

Ölkə

24 Mart 2014, 12:06

Elnur Aslanov Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdirliyindən çıxarılandan sonra Azərbaycanın “Ağ Ev”ində - Prezident Administrasiyasında boşalan yüksək vəzifələrin sayı ikiyə çatıb.

Modern.az saytının məlumutaına görə, hazırda Administrasiyada iki vakant vəzifə də var. Bunlardan biri 9 ildir heç kimin təyin olunmadığı Azərbaycan Respublikası Prezidentinin işlər idarəsindəki prezidentin işlər müdiri vəzifəsidir. 
Prezidentin işlər müdirinə aid bəzi məsələləri, o cümlədən vətəndaşların qəbulunu 9 ildir Prezidentin İşlər müdirinin birinci müavini həyata keçirir.
Prezidentin işlər müdiri vəzifəsi 2005-ci ildən boşalıb. Belə ki, Prezidentinin işlər idarəsinin sabiq müdiri Akif Muradverdiyev 2005-ci ilin oktyabr ayında həbs olunduğuna görə, həmin vaxt ölkə başçısının müvafiq sərəncamı ilə tutduğu vəzifədən kənarlaşdırılıb. Sonradan bu vəzifəyə yeni təyinat gerçəkləşdirilməyib.

2014-cü il martın 17-də Prezident İlham Əliyev Elnur Aslanovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Hələ ki bu posta da təyinat olmayıb.
Yeri gəlmişkən, bir neçə gün öncə bəzi KİV-lər Elnur Aslanov işdən çıxarılandan sonra Siyasi təhlil və informasiya təminatı şöbəsinin İctimai-siyasi məsələlər şöbəsinə birləşdirildiyi barədə məlumat yaysalar da, bu, təsdilənməyib. Belə ki, Prezidentinin Administrasiyasının saytında hər iki vəzifə hazırda ayrı-ayrılıqda göstərilir. Həm də saytda Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsi vakant olaraq qeyd edilib. 

 A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı