Modern.az

Rusiya Xəzərdə hərbi təlimlərə başladı

Rusiya Xəzərdə hərbi təlimlərə başladı

Təhsil

15 Avqust 2013, 13:33

Xəzər dənizində Rusiyanın Xəzər Donanması gəmilərinin təlimləri başlayıb.  APA-nın İTAR-TASS-a istinadən yaydığı məlumata görə, donanma komandanı vitse-admiral Sergey Alyokminskinin rəhbərliyi altında keçirilən təlimlərdə 10-dək döyüş və təchizat gəmisi, “Bal” sahil raket divizion kompleksi, 50-dən artıq döyüş texnikası və 1300-dən artıq heyət iştirak edir. 

Təlimlərə iki gün əvvəl Bakıya gəlmiş “Dağıstan” raket gəmisi və “Volqodonsk” artilleriya gəmisi də qatılıb. Təlimlər həftənin sonunda başa çatacaq.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı