Modern.az

İqbal Ağazadə yeni müavinlər təyin edib

İqbal Ağazadə yeni müavinlər təyin edib

Təhsil

23 Oktyabr 2013, 15:37


Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə yeni müavinlərini təyin edib. Partiyanın mətbuat xidmətindən Modern.az-a daxil olan məlumatda bildirilir ki, İ.Ağazadə bununla bağlı sərəncam imzalayıb. Partiya rəhbərinin  imzaladığı sərəncamlara əsasən, Nəsimi Məmmədli İcra Aparatının rəhbəri, Könül Quliyeva Ailə, Qadın və Uşaq problemləri, Taleh Əliyev Seçki və Təbliğat məsələləri, Rüfət Muradov Xaricdə Yaşayan Həmvətənlər və Diaspor üzrə sədr müavinləri, Rizvan Talıbov Yerli İdarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin ediliblər. Məlumatda o da qeyd olunub ki, deputat İ.Ağazadənin yeni sərəncamlar verəcəyi də gözlənilir.

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı