Modern.az

“Moskva”dakı sahibkarlara kompensasiyanı kim ödəməlidir?

“Moskva”dakı sahibkarlara kompensasiyanı kim ödəməlidir?

Təhsil

14 Mart 2014, 10:50

“Ümumiyyətlə kompensasiyanı ticarət mərkəzini icarəyə verən şəxs ödəməlidir. İlkin məlumatlara görə, yanğına səbəb ticarət mərkəzində texniki tələblərin pozulması olub”. Bunu Modern.az-a millət vəkili Vahid Əhmədov bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında “Memar Əcəmi” metrostansiyası yaxınlığındakı Moskva Univermağında yanğın baş verib. Yanğın ticarət mərkəzinin 1-ci mərtəbəsindəki eskalatorun yanından başlayıb. Bundan sonra alov böyüyərək ətrafdakı mağazaları da əhatə edib. Univermağının yarısı demək olar ki, yanıb. Ticarət Mərkəzində 100-dən çox xırda sahibkar çalışır.

 

Gültəkin ƏLƏSGƏR     

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı