Modern.az

Həsən Ruhani İran ordusunu təriflədi

Həsən Ruhani İran ordusunu təriflədi

Təhsil

19 Aprel 2014, 10:55


“Ölkənin ordusu və digər silahlı qüvvələr regionda sabitliyin bərqərar edilməsi istiqamətində hərəkət edir”. Modern.az İran mətbuatına istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib. O , İran ordusunun regiondakı təsirinin gündən-günə çoxaldığını və ordunun güclənməsi məsələsində bölgədə yaranan təşvişin əsassız olduğunu qeyd edib. “Ordumuz kənar cinahların işlərinə qarışmır. Bəzi ölkələrin orduları kimi deyilik ki, hər hansı bir inqilab baş verdikdə hərəkətə keçərək qüdrəti ələ keçirək”.

Qeyd edək ki, H. Ruhanının bu çıxışı xüsusilə ərəb ölkələrində qınaq obyektinə çevrilib.   Rafiq Qənbərov  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı