Modern.az

Aqil Abbas: “Bakıda əkilən palmalar dirəyə oxşayır”

Aqil Abbas: “Bakıda əkilən palmalar dirəyə oxşayır”

Təhsil

2 May 2014, 17:05


“Yaşıllıqlarla bağlı Naxçıvan təcrübəsindən istifadə etsinlər”. Modern.az xəbər verir ki, bunu “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Aqil Abbas deyib. O bildirib ki, bu, vacib məsələdir. “Mən iki məsələyə toxunmaq istəyirəm. İndi böyük yaşıllaşdırma işləri aparılır. Mən Naxçıvanı nümunə gətirmək istəyirdim. Yoldaş Vasif Talıbov gözəl meşələr salıb. Oradan ibrət götürsünlər. Naxçıvan təcrübəsinin ölkəyə yayılmasının tərəfdarıyam. Elə Heydər Əliyev Fondu, YAP-da ağacəkmə kampaniyaları keçirir. Həm də hesab edirəm ki, bu zaman yerli ağaclara üstünlük vermək lazımdır. Palma əkirlər, baxanda dirəyə oxşayır. Yaxşı olardı ki, yerli ağaclara üstünlük verilsin”.  

 

Gültəkin ƏLƏSGƏR

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı