Türkiyə prezidenti Abdullah Gül Akhisar Dövlət Xəstəxanasında 20 dəqiqə yaralıları ziyarət edib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gül xəstəxanadan ayrılarkən avtomobilinin şüşəsini açıb vətəndaşlara əl yelləyərək “Allah səbirlər versin, bir daha belə ağrıları yaşamayaq” deyə səslənib. Vətəndaşlar da dövlət başçısı Gülü alqışlayaraq əl yellədiblər.
Qeyd edək ki, Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsindəki kömür mədənində baş verən faciədə yaralanan və Akhisar Dövlət Xəstəxanasına gətirilən 16 yaralıdan biri xəstəxanadan buraxılıb, 5-i başqa xəstəxanalara aparılıb. Gül xəstəxanada yaralıları tək-tək ziyarət edərək tezliklə sağalmalarını diləyib. Abdullah Gül, Akhisardan Soma qəsəbəsinə gedib.Gül gəlməzdən əvvəl ətraf binaların damlarında və ətrafda kəskin nişançıların xüsusi təhlükəsizlik tədbiri aldığı bildirilir. Vətəndaşlar “Hörmətli dövlət başçımız, yaxşı ki gəldiniz” , - deyərək alqışlarla təşəkkür ediblər.
Modern.az