Modern.az

Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilir

Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilir

Təhsil

19 May 2014, 14:40

Milli Məclisin Regionala məsələlər üzrə komitəsi “Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanuna dəyişiklik edib. Modern.az xəbər verir ki, Komitənin bu gün keçirilən iclasında Məcəllənin 69.5.2-cı maddəsinə yeni mətn verilib. Komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, əlavə edilən 69.5.2-1 maddəsində isə inşa işləri zamanı ara məsafəsinin müəyyən edilməsinə yeni şərt əlavə olunur. Şərtə görə, Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə ara məsafəsi divar hündürlüyünün 0,3 hissəsi qədər olmalıdır.

Layihə parlamentin plenar iclasına tövsiyə edilib.

 

Gültəkin Ələsgər

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı