Modern.az

İlham Əliyev daha bir məmura “Şöhrət” ordeni verdi

İlham Əliyev daha bir məmura “Şöhrət” ordeni verdi

Təhsil

24 May 2014, 23:30


Prezident İlham Əliyev baş nazirin müavini, keçmiş kənd təsərrüfatı naziri İsmət Dursun oğlu Abasovu "Şöhrət" ordeni ilə təltif edib. 

Modern.az xəbər verir ki,  dövlət başçısı bununla bağlı sərəncam imzalayıb. Sərəncəmda bildirilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında aqrar sahədə göstərdiyi xidmətlərə görə İsmət Dursun oğlu Abasov "Şöhrət" ordeni ilə təltif edilsin".

Qeyd edək ki, İ. Abasov kənd təsərrüfatı vəzifəsində də çalışıb.

Modern.az

 


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı