“2014-cü ilin əvvəlin olan məlumata görə, vəziyyətinə ölkə üzrə 1-5 yaşda uşaqların sayı 810300 nəfər təşkil edib. Onların 21,2 faizi (171900 nəfər) Bakı şəhərinin, 78,8 faizi (638400 nəfər) isə regionların payına düşür”. Bunu Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildiriblər. Komitədən qeyd edilib ki, bağça yaşındakı uşaqların 107699-sı bağçaya gedir.
2014-cü ilin əvvəlinə Azərbaycan Respublikasının iqtisadi və inzibati rayon və şəhərləri üzrə dövlət və qeyri-dövlət məktəbəqədər təhsil müəssisələri üzrə məlumat aşağıdakı kimidir:
| İqtisadi və inzibati rayonlar | Məktəbəqədər təhsil müəssisələrində uşaqların sayı |
| Azərbaycan Respublikası - cəmi | 107699 |
| Bakı şəhəri | 32269 |
| Ölkənin digər regionları | 75430 |
Misranə Həsənzadə