Modern.az

Vurğun Əyyub: “İsa Qəmbər fəxri lider olmaq istəmir”

Vurğun Əyyub: “İsa Qəmbər fəxri lider olmaq istəmir”

Təhsil

15 Sentyabr 2014, 17:46


“Müsavat Partiyasında heç bir qarşıdurmadan söhbət gedə bilməz. Müsavatda qurultayqabağı cərəyan edən proseslər Azərbaycan siyasi həyatına yenilik modeli təqdim edir”.

Bunu Modern.az saytına Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub deyib. O, Müsavatdakı başqanlıq seçkisi uğrunda dörd namizədin apardığı mübarizəni şərh edərkən bildirib ki, iddialılar öz şanslarını müstəqil şəkildə təbliğ edirlər.

Onun sözlərinə görə Müsavat Partiyası özünə layiq olan yerdə qurultayını keçirməlidir. Divan üzvü bir daha bəyan edib ki, onun başqanlığa namizədlərdən dəstəklədiyi Qubad İbadoğludur. “Mən Qubad İbadoğlunun bütün görüşlərində iştirak edirəm və onu dəstəkləyirəm”.

Vurğun Əyyub Müsavat başqanı İsa Qəmbərin yeni sədr seçiləndən sonra hansı  statusda qalacağından da danışıb. “İsa Qəmbər fəxri lider statusu arzulamır. İsa Qəmbər Azərbaycan siyasi həyatında hər hansı status daşımadan da liderdir. İsa Qəmbər hansı statusla razılaşsa, biz də onu dəstəkləyəcəyik”.  

Vurğun Əyyub başqanlığa digər namizədlərin -Arif Hacılı, Tural Abbaslı, Səxavət Əlisoyun Müsavata rəhbər seçiləcəyi təqdirdə də  partiyada qalacağını vurğulayıb. “Bu partiyanın əsas qurucularından biriyəm. Heç bir yerə də getmək fikrim yoxdur”.  

Məlumat üçün deyək ki, Müsavat Partiyası sentyabrən 27-də qurultay keçirməyi planlaşdırır.

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı