Oktyabrın 1-də günortadan sonra Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Moskvaya yollanıb.
Modern.az bildirir ki, bu haqda “Joxovurd” qəzeti məlumat yayıb: “Səfərin məqsədi nədir? Rusiyanın vəzifəli şəxsləri ilə görüşlər nəzərdə tutulurmu? O, oktyabrın 10-da Yerevanda üç müxalifət partiyasının birgə keçirmək istədiyi mitinq və Avrasiya İqtisadi İttifaqının Minskdə nəzərdə tutulan iclası ərəfəsi nələri müzakirə edəcək?”.
Qəzet yazır ki, bu suallara cavab almaq üçün ikinci prezidentin ofisinin rəhbəri Viktor Soqomonyana müraciət ediblər. Ofisdən deyiblər ki, Robert Köçəryan hələ ki Yerevandadır, ancaq Moskvaya gedəcək. Onun Rusiyadan digər ölkəyə yollanacağı da bildirilib. Ancaq onun konkret hara səfərə getdiyi açıqlanmayıb.
Modern.az