Modern.az

ABŞ səfiri imamın şərəfinə qəbul keçirdi

ABŞ səfiri imamın şərəfinə qəbul keçirdi

Təhsil

12 Mart 2015, 21:41

ABŞ-ın Bakıdakı sәfirliyi Azәrbaycanda tәşkil edilən Amerika günlәri çәrçivәsindә ölkəmizdə səfərdə olan Corctaun Universitetinin imamı Yәhya Hendinin şərəfinə qәbul keçirib.

Modern.az xəbər verir ki, sәfir Robert Sekuta tədbirdə çıxış edərək Yәhya Hendinin Azərbaycana səfərinin mәqsәdinin Amerika günlәri çәrçivәsindә sosial, dini mövzularda söhbәtlәr vә müzakirәlәr aparmaq olduğunu söyləyib. Diplomat Amerika günləri çərçivəsində keçirilən tədbirlərin ölkələrimiz arasında mədəni əlaqələrin genişlənməsinə, azərbaycanlıların Amerikanı daha yaxından tanımasına imkan verəcəyinə ümidvar olduğunu bildirib.

Məlumat verilib ki, imam Y.Hendinin Corctaun Universitetində apardığı “Dinlərarası görüş” mövzusunda mühazirələri konfliktoloqlar arasında çox məşhurdur. ABŞ, Asiya, Afrika və Avropanın müxtəlif ölkələrində dinlərarası dialoq mövzusunda mühazirələr oxuyan görkəmli din xadiminin gender məsələləri, ABŞ-da din, İslam və s. mövzularda çoxlu sayda tədqiqat işləri var.

Sonra çıxış edәn İmam Yәhya Hendi qadınların hüquqları mәsәlәsindən danışıb vә dünyadakı bütün münaqişәlәrdә әsas zәrәr çәkәnlәrin qadınlar vә uşaqlar olduğunu deyib. O, xüsusilə ailə zorakılığının, günahsız insanların qətlə yetirilməsinin yolverilməz olduğunu söyləyib. Yәhya Hendi dünyada sülhün, ədalətin bərqərar edilməsinin önəmini vurğulayıb.

Corctaun Universitetinin imamı Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunmasını arzuladığını bildirib.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı