Modern.az

ABŞ prezidentliyinə ilk namizəd bəlli oldu

ABŞ prezidentliyinə ilk namizəd bəlli oldu

Təhsil

22 Mart 2015, 20:35

Texas ştatından respublikaçı-senator Ted Kruz martın 23-də ABŞ prezidentliyinə namizədliyini elan etmək niyyətindədir. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə senatorun müşaviri məlumat verib. O, prezidentpostuna ilk namizəd olacaq. Müşavirin sözlərinə görə, Kruz Virciniya ştatının Linçberqedəki Azadlıq Universitetində rəsmi bəyanat verəcək.

44 yaşlı Kruz mühafizəkar respublikaçılar arasında və Çay Partiyasında populyardır, Barak Obama administrasiyasını daima tənqid  edir. O, tez-tez tibbi sığorta ilə bağlı islahatların əleyhinə çıxış edir. Mart ayında keçirilən sorğunun nəticələrinə görə, respublikaçı amerikalılar arasında ABŞ-ın keçmiş prezidenti Corc Buşun qardaşı Ceb Buşun populyarlığı (16 faiz) daha çoxdur, onun ardınca 13 faizlə Viskinsin ştatının qubernatoru Skott Uoker gəlir. ABŞ-da prezident seçkiləri 2016-cı ilin noyabrında keçiriləcək.
 

Modern.az    

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı