Modern.az

Maşın ağaca çırpıldı - Ölən var

Maşın ağaca çırpıldı - Ölən var

Hadisə

21 Sentyabr 2022, 22:50

Neftçalada bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qardaşbəyli kəndi ərazisində qeydə alınıb.

 

“Mercedes” markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində bir nəfər hadisə yerində ölüb. Avtomobildə olan Salyan şəhər sakini, 1990-cı il təvəllüdlü Abbasov Şəhriyar Cavid oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...