Modern.az

Ağsuda dəhşətli QƏZA - Ölənlər var

Ağsuda dəhşətli QƏZA - Ölənlər var

Hadisə

22 Noyabr 2022, 16:52

Bu gün səhər saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə magistral yolunun İmişli rayonu Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. 

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumatda bildirilib.

 

İmişli rayon sakini X.Bayramov idarə etdiyi “VAZ-21015 ” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb.


Sürücü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.


Avtomobildə olan sərnişin, rayon sakini F.Bayramov  müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və bir neçə saat sonra orada vəfat edib.


Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU