Modern.az

Taksi sürücüsü sərnişini maşından atdı - Telefonu götürüb qaçdı

Taksi sürücüsü sərnişini maşından atdı - Telefonu götürüb qaçdı

Hadisə

29 May 2023, 14:28

Binəqədidə taksi sürücüsü sərnişininə qarşı soyğunçuluq edib. 

 

DİN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hadisə mayın 27-nə keçən gecə rayon ərazisində qeydə alınıb. Belə ki, taksi sürücüsünün sərnişinini itələyib avtomobildən düşürməsi və mobil telefonunu talayaraq getməsi barədə polisə məlumat daxil olub.

 

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elməddin Səmədzadə müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər