Modern.az

Qayınatasını bıçaqlayan kürəkən tutuldu - YENİLƏNİB 

Qayınatasını bıçaqlayan kürəkən tutuldu - YENİLƏNİB 

Hadisə

8 İyun 2023, 21:01

İyunun 8-də saat 16 radələrində 1969-cu il təvəllüdlü Azad Almasovun xəsarətlərlə xəstəxanaya daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Biləsuvar rayon prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, ilkin araşdırma zamanı 1989-cu il təvəllüdlü Elşən Şəbiyevin Biləsuvar rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qayınatası Azad Almasova kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Elşən Şəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

İbtidai istintaq davam etdirilir.

 

***

18:59

İyunun 8-i saat 16 radələrində rayonun Nəsimi kəndində həmin kənd sakini, 1966-ci il təvəllüdlü Azad Xeyrulla oğlu Almazova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Cinayət əməlini törətməkdə şübhəli bilinən, A.Almazovun keçmiş kürəkəni, 1991-ci il təvəllüdlü Elşən Bəhlul oğlu Şəbiyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır