Modern.az

Sürücü sükan arxasında infarkt keçirdi

Sürücü sükan arxasında infarkt keçirdi

16 Aprel 2024, 20:58

Qazax rayonunda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

 

Rayon sakini Yaşar Əhmədov "VAZ" markalı avtomobilin sükanı arxasında olan zaman infarkt keçirərək dünyasını dəyişib. Nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU