Modern.az

"Sədərək" ticarət mərkəzində YANĞIN

Hadisə

15 İyun 2024, 18:23

Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində yanğın olub.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Ticarət mərkəzinin ərazisində ümumi sahəsi 50 m² olan tikinti materialları anbarının qarşısına yığılan plastik borular və digər obyektdə ümumi sahəsi 200 m² olan anbarın 2 ədəd plastikdən ibarət pəncərəsi və 5 m² sahədə dam örtüyü yanıb.

 

Anbar yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
MİNA PARTLADI-2 hərbçimiz həlak oldu