Modern.az

Bakıda yenə lift qırıldı - 5 nəfər YARALANDI

Bakıda yenə lift qırıldı - 5 nəfər YARALANDI

Hadisə

23 İyun 2024, 19:04

Bakı şəhərinin Ağa Nemətulla küçəsində yerləşən 16 mərtəbəli yaşayış binasının liftində texniki nasazlıq yaranıb.

 

Modern.az xəbər verir ki, FHN-nin “112” qaynar telefon xəttinə hadisə nəticəsində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Hadisə barədə TƏBİB də məlumat yayıb.

 

Bildirilib ki, 23.06.2024-cü il tarixində saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən liftin qırılması səbəbilə çağırış daxil olub.

 

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

 

5 nəfər (qadın cinsli) şəxs xəsarət alıb.

 

Xəsarət alanlar Təcili tibbi yardım briqadası tərəfindən müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunublar.

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB