Modern.az

Vəfat edən tələbələr dost imiş - Hər ikisi dənizdə boğulub 

Vəfat edən tələbələr dost imiş - Hər ikisi dənizdə boğulub 

16 İyul 2024, 22:59

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) III kurs tələbəsi İmran Əli oğlu Cəbrayılov və Bakı Mühəndizlik Universitetinin III kurs tələbəsi Rəsul Nurməmmədli vəfat edib. Hər iki tələbə barədə məlumatı universitetlərin özləri yayıb.

 

Modern.az "oxu.az"-a istinadən xəbər verir ki, vəfat xəbəri yayılan tələbələr dost imiş.

 

Məlumata görə, onlar birlikdə dənizə gedib. Bir müddət sonra hər ikisi dənizdə boğulub.

 

Dostlar Nardaran qəsəbəsində nəzarətsiz ərazidə çimirlərmiş. Rəsul evin tək uşağı olub və Nardaranda yaşayırdı. Ailəsi də onun boğulduğundan axşam saatlarında xəbər tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri