Modern.az

35 yaşlı kişi öldürüldü - Qonşusu tutuldu

35 yaşlı kişi öldürüldü - Qonşusu tutuldu

Hadisə

5 Avqust 2024, 08:33

Avqustun 4-də Qaradağ rayonu Qobu qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Bəhruz Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, araşdırmalarla 1990-cı il təvəllüdlü Nahid Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəhruz Məmmədova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

 

Nahid Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB