Modern.az

Bakıda 19 maşına çırpılan avtobusda sürücü olmayıb - VİDEO

Bakıda 19 maşına çırpılan avtobusda sürücü olmayıb - VİDEO

Hadisə

5 Avqust 2024, 10:02

Xəbər verdiyimiz kimi, Bakının Yeni Yasamal adlanan ərazisində 165 nömrəli avtobus zəncirvari qəzaya səbəb olub.

 

Modern.az-ın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, hadisə zamanı avtobusda sürücü olmayıb.

 

"Avtobus park edilmiş vəziyyətdə olub. Hansısa nasazlıq səbəbindən avtobus hərəkət edib. Hadisə nəticəsində avtobusla birlikdə 19 avtomobilə ciddi ziyan dəyib. Üç nəfər xəsarət alıb. Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır", - açıqlamada deyilir.

 

Hadisə görüntülərini təqdim edirik:

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB