Modern.az

Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcək 

Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcək 

9 İyun 2023, 18:46

Güləş üzrə Azərbaycan yığmalarının iyunun 12-də Albaniyanın paytaxtı Tiranada start götürəcək U-17 Avropa çempionatı üçün heyəti açıqlanıb.

 

Federasiyadan Modern.az-a verilən məlumata görə, 7 gün davam edəcək yarışda yunan-Roma və qadın güləşi üzrə milli komandalar qüvvəsini sınayacaq.

 

Oğlanların mübarizəsində Turan Daşdəmirov (45 kq), Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq), Nurlan İbadzadə (60 kq), Murad Zeynalabdinov (65 kq), Cavidan Nehmətov (71 kq), Elmin Əliyev (80 kq), Mikayıl İsmayılov (92 kq) və Mahir Qurbanlı (110 kq) yarışacaq.

 

Qızlardan isə Səadət Quliyeva (43 kq), Esra Məmmədli (46 kq), Gülər Həbibova (53 kq), Ruzanna Məmmədova (57 kq) və Günay Qurbanova (61 kq) döşək üzərinə çıxacaq.

 

Avropa çempionatının ilk günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. İyunun 14-dən 16-dək isə qız güləşçilər ən yaxşı müəyyənləşdirəcəklər.

 

Qeyd edək ki, qitə birinciliyində beynəlxalq dərəcəli hakimlər Bəşir İsazadə ilə Həbib Nurulu ədaləti qoruyacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var