Modern.az

“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib

“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib

İdman

15 İyun 2024, 19:01

Futbol üzrə Avropa çempionatında daha bir oyun keçirilib.

 

Modern.az xəbər verir ki, A qrupunun ikinci matçında Macarıstan və İsveçrə komandaları üz-üzə gəlib. Görüş isveçrəlilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

İsveçrə seçməsinin heyətində qolları Kvadvo Duah, Mişel Aebişer və Bril Embolo vurublar. Macarıstanın yeganə topuna isə Bernabaş Varqa imza atıb.

 

Günün digər iki görüşü isə B qrupunda baş tutacaq. İspaniya Xorvatiya, İtaliya isə Albaniya ilə qarşılaşacaq. Görüşlər müvafiq olaraq Bakı vaxtı ilə saat 20:00 və 23:00-da başlayacaq.

 

Qeyd edək ki, dünən turnirin açılış oyununda Almaniya Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
MİNA PARTLADI-2 hərbçimiz həlak oldu