Modern.az

Avro-2024: Türkiyə-Gürcüstan oyununu bu hakimlər idarə edəcək

Avro-2024: Türkiyə-Gürcüstan oyununu bu hakimlər idarə edəcək

İdman

17 İyun 2024, 14:38

Futbol üzrə Avropa çempionatının F qrupunda yarışan Türkiyə millisinin Gürcüstanla keçirəcəyi sabahkı oyunu idarə edəcək hakimlər məlumdur.

Modern.az xəbər verir ki, matçı Argentinadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Fakundo Telyo olacaq. Ona yan xətt hakimləri Qabriel Çade və Ezekiyel Braylovski kömək edəcəklər. Dördüncü hakim funksiyasını litvalı Donatas Rumşas yerinə yetirəcək.

Oyunun VAR hakimi ispaniyalı Alexandro Ernandes, onun köməkçiləri həmyerlisi Xuan Martines Manuera və ingiltərəli David Kute olacaq.

Qeyd edək ki, iyunun 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı