Modern.az

AVRO-2024-ün ilk FİNALÇISI

AVRO-2024-ün ilk FİNALÇISI

İdman

10 İyul 2024, 00:58

Almaniyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn İspaniya və Fransa yığmaları arasındakı oyun başa çatıb.

 

Modern.az xəbər verir ki, qarşılaşma İspaniya seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Hesabı 9-cu dəqiqədə fransızlardan Kolo Muani açıb. 21-ci dəqiqədə Lamin Yamal "status-kvo"nu bərpa edib. İspanların qələbə qoluna isə 25-ci dəqiqədə Dani Olmo imza atıb.

 

Bununla da ispanlar Avropa çempionatının finalına vəsiqə qazanıblar.

 

Qeyd edək ki, növbəti finalçı bu gün baş tutacaq Niderland-İngiltərə oyunundan sonra məlum olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri