Modern.az

Basketbolçu qızlarımız yarımfinalda

Basketbolçu qızlarımız yarımfinalda

İdman

24 İyul 2024, 21:43

Azərbaycan basketbol millisi Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar arasında Avropa çempionatının “C” divizionunda ikinci qrup oyununu keçirib.

 

Modern.az xəbər verir ki, B qrupunda qərarlaşmış yığmanın qrupda ikinci rəqibi Gürcüstan seçməsi olub. Matça sürətli başlayan Azərbaycan millisi rəqib üzərində 74-68 hesablı qələbə qazanıb. Qarşılaşmanın ən məhsuldar basketbolçusu yığmanın üzvü Şilan Akbingöl (19 xal, 11 ribaund) seçilib. Bu qələbə ilə Azərbaycan kollektivi Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb. Millinin qrupdakı son oyunu iyulun 25-i Bakı vaxtı ilə saat 16:30-da Ermənistan yığmasına qarşı olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri