Modern.az

Samir Şərifovdan inflyasiya xəbərdarlığı

Samir Şərifovdan inflyasiya xəbərdarlığı

11 Noyabr 2022, 13:40

“Xərclərin artırılmasına olduqca ehtiyatlı yanaşmalıyıq”.

 

Modern.az xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisdə komitələrin birgə büdcə müzakirəsində bildirib.

 

“Əlavə xərclər inflyasiya deməkdir. Bu gün ölkəmizdə inflyasiya var, onun azalması üçün dövlət tərəfindən işlər görülür. Yüksək inflyasiya əhalinin alıcılıq qabiliyyətini zəiflədir”, - deyə nazir vurğulayıb.

 

Qeyd edək ki, noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib. İclasın gündəliyində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

 

İclasda Maliyyə naziri Samir Şərifov, maliyyə nazirinin müavini Azər Bayramov, Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov, ombudsman Səbinə Əliyeva, Xarici İşlər Nazirliyinin maliyyə şöbəsinin müdiri Nərgiz Səfərova və digər rəsmi şəxslər iştirak ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir