Modern.az

Rusiya nefti sürətlə ucuzlaşır

Rusiya nefti sürətlə ucuzlaşır

İqtisadiyyat

9 Dekabr 2022, 15:21

G7, Avstraliya və Avropa İttifaqı qiymət tavanı tətbiq etdikdən sonra Rusiyanın əsas ixrac dərəcəli Urals neftinin qiyməti 60 dollar limitindən xeyli aşağı, bir barel üçün 43,72 dollara düşüb.

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
 

Agentlik bildirib ki, regionda Rusiya neftini almaq istəyən yoxdur, ona görə də satıcılar böyük həcmdə müştəriləri cəlb etmək üçün qiyməti mümkün qədər aşağı salmalıdırlar. Bu cür dinamika ilə “Urals” markalı neft tezliklə Brent-in qiymətinin yarısına düşə bilər.

Rusiya neftinin qiymət tavanı dekabrın 5-dən qüvvəyə minib. Rusiya qabaqcadan cavab tədbirləri elan edib və Qərbi xammalın kəskin bahalaşacağı ilə hədələyib. Lakin beş gün keçməsinə baxmayaraq, Kreml hakimiyyəti hələ də yeni sanksiyalara cavab vermək yolunu seçməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda vəziyyətin təhlili aparılır, ondan sonra cavab formatı seçiləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub