Modern.az

Azərbaycanda siqaret və elektron siqaretlər BAHALAŞIR

Azərbaycanda siqaret və elektron siqaretlər BAHALAŞIR

24 İyul 2024, 15:24

Azərbaycana gətirilən elektron siqaret və tütün məhsullarının aksiz markası vergisi artırılıb. Belə ki, aksiz dərəcəsi ölkəyə gətirilən tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillalar üçün 1000 ədəd üçün 43 manatdan 45,5 manata, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların aksiz dərəcəsi 1000 ədəd üçün 14 manatdan 16 manata qaldırılıb.

 

Baş nazirin imzaladığı bu qərarla bağlı Modern.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, siqaretlərin aksiz markalarının artırılması məhsulu alan şəxslərin xərcini artacaq.

 

"Hökumət də daha çox vergi toplamış olacaq. Məsələn aksiz vergisi 2 manat artıbsa, elektron siqaretin də qiyməti eyni miqdarda artacaq. Vətəndaş cibindən 2 manat artıq pul ödəmiş olacaq. Dövlət büdcəsinin aksiz vergisindən gələn gəlirləri artmış olacaq. Başqa ciddi dəyişiklik olmayacaq”.

 

Ekspertin sözlərinə görə, aksiz vergisi hər il davamlı olaraq artır:

 

“Xaricə satılan neft və qaz resurslarının qiymətində ucuzlaşma var, neft hasilatı azalır. Hökumət də bu halları kompensasiya etmək üçün yəqin ki, vergiləri artırır. Burada da cəmiyyətin mənfi reaksiya göstərməyəcəyi sahələr spirtli içkilər və tütün məhsullarının aksiz vergilərinin artırılmasıdır. Bunu da onunla əsaslandırırlar ki, bu zərərli istehlakdır. Bundan əlavə ilin əvvəlində qüvvəyə minən qanuna görə yerli tütün istehsalına lisenziya verilmə şərtləri, istehsalda yerli xammaldan istifadə kimi məhdudlaşdırıcı addımlar da atılıb. Bunların hamısı düşünürəm ki, siqaretlərin qiymətini daha da artıracaq. Bu cür məhdudlaşdırıcı addımlar sonda istehlakçıların ziyanına işləyən məqamdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri