Modern.az

“Ağıllı Adam” Dağıstanda

“Ağıllı Adam” Dağıstanda

Mədəniyyət

4 Noyabr 2022, 22:03

Azərbaycanın tanınmış yazıçı-filosofu, Əməkdar İncəsənət xadimi Firuz Mustafanın dram əsərləri bir sıra ölkələrin teatr səhnələrində uğurla tamaşaya qoyulub.

Modern.az-ın məlumatına görə, bu günlərdə müəllifin “Ağıllı Adam” adlı pyesinin Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd Dram Teatrında premyerası olacaq.
Əsərin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Sərvər Əliyev, quruluşçu rəssam isə Dağıstan Respublikasının Əməkdar Mədəniyyət işçisi Naida Alimetovadır.

Yeri gəlmişkən, qeyd edək ki, bu pyesə bir neçə il öncə Əməkdar İncəsənət xadimi, mərhum rejissor Hüseynağa Atakişiyev Azərbaycan Dövlət Gənclər Teatrında uğurla səhnə həlli vermişdi. Aradan keçən dövr ərzində əsərə müraciət edən digər teatrlar da olub.

Teatrın yaradıcı kollektivi belə hesab edir ki, Firuz Mustafanın “Ağıllı Adam” əsəri sənətsevər tamaşaçılar tərəfindən maraqla qarşılanacaq.


 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər