Modern.az

Bakıda Qolodomordan bəhs edən film nümayiş olundu

Bakıda Qolodomordan bəhs edən film nümayiş olundu

Mədəniyyət

25 Noyabr 2022, 20:46

Bakıda 1932-1933-cü illərdə yaşanmış Qolodomorun 90 illiyinə həsr olunmuş “Cənab Cons” filminin nümayişi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbiri Ukraynanın Azərbaycandakı Səfirliyi təşkil edib.

 

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib ki, Qolodomor Ukrayna xalqının tarixində faciəli səhifə olub.

 

“Üstəlik, bunun sülh dövründə baş verməsini xüsusi vurğulamaq lazımdır. Hər saat yüzlərlə insan ölürdü. Bu hadisələrdə günahkar olanların hamısının cəzalandırılması təkcə bizim üçün deyil, bütün dünya üçün vacibdir”, - deyə səfir bildirib.

 

Məşhur polşalı rejissor Aqneşka Hollandın “Cənab Cons” filmi britaniyalı jurnalistin Qolodomor haqqında həqiqətlərin çatdırılması uğrunda apardığı mübarizənin həyəcanlı hekayəsindən bəhs edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər