Modern.az

Avroviziya təmsilçilərimiz Avropa səhnəsində - FOTO

Avroviziya təmsilçilərimiz Avropa səhnəsində - FOTO

Mədəni̇yyət

19 Aprel 2023, 16:10

Avroviziya təmsilçilərimiz Avropa səhnələrinə çıxıblar.

 

Modern.az xəbər verir ki, Azərbaycanı bu il Avroviziya mahnı müsabiqəsində təmsil edən TuralTuranX  - Tural və Turan Bağmanov qardaşları Avropa səhnələrinə çıxıblar. 


Gənclər Amsterdam və London şəhərində yüzlərlə Avroviziya həvəskarları qarşısında çıxış ediblər.

 

Bu kimi konsertlər hər il müsabiqədən öncə müxtəlif şəhərlərdə təşkil olunur. Tural və Turan üçün bu, artıq 1-ci çıxış deyil, onlar aprelin 3-də İsrailin Təl-Əviv şəhərində “Tell me more” mahnısını canlı ifa ediblər.

 

Qeyd edək ki, ifaçılar bu tədbirlər çərçivəsində press-konfranslarda, fərdi müsahibələrdə və hətta ağacəkmə kampaniyasında iştirak edirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək