Modern.az

Azərbaycanda İslam intellektuallığını görürük

Azərbaycanda İslam intellektuallığını görürük

Mədəniyyət

9 Mart 2024, 18:30

Azərbaycanda qadınlar, milli və dini azlıqlar bərabərhüquqlu, təhlükəsizlik şəraitində yaşayır.

 

Onlar Azərbaycanda özünü rahat hiss edirlər. Biz, həmçinin Azərbaycanda İslam intellektuallığını görürük.

 

Modern.az xəbər verir ki, bu sözləri Amerika Müsəlman və Digər Dinlərdən olan Qadınların İnkişafı Şurasının prezidenti Anila Ali Bakıda təşkil edilmiş islamofobiyaya qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində keçirilən “Cinslərə görə islamafobiyanın əsası: müsəlman qadınların təqib edilməsi və müqaviməti, cins və cəmiyyət" mövzusunda aralıq sessiyada söyləyib.

 

2001-ci il 11 sentyabr hadisələrindən sonra müsəlmanlara qarşı ayrı-seçkiliyin artdığını söyləyən Anila Ali deyib: "Məhəmməd Peyğəmbər öz ailəsindəki qadınların inklüziv olması üçün çalışırdı, onları səlahiyyətləndirirdi. İndi isə müsəlman qadınların inkişafının qarşısı alınır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər