Modern.az

Məmurun jurnalistin sualına cavab verməmək hüququ var - Qulu Məhərrəmli

Məmurun jurnalistin sualına cavab verməmək hüququ var - Qulu Məhərrəmli

Media

27 Fevral 2023, 13:12

Ötən gün bəzi media nümayəndələri Xocalı soyqırımı abidəsini ziyarətə gələn Şuşanın icra başçısı Bayram Səfərova yaxınlaşaraq, ondan müsahibə almaq istəyiblər. Jurnalistlərdən biri icra başçısından sonuncu dəfə Şuşaya nə vaxt getdiyini soruşub. Bu suala əsəbiləşən B.Səfərov jurnalistə "sənə dəxli yoxdur", - deyə cavab verib. Jurnalist isə icra başçısından hesabat tələb etmək haqqının olduğunu söyləyib.

 

Bu məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Müzakirələr zamanı bir çox insanlar Bayram Səfərovu, bəziləri isə jurnalisti qınayıb.

 

Maraqlıdır, kim haqlıdır: jurnalist, yoxsa icra başçısı? Media nümayəndəsi dövlət məmurundan hesabat tələb edə bilərmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, BDU-nun Multimedia və Elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli bildirib ki, jurnalist istənilən şəxsə istədiyi sualı verə bilər.

 

“Jurnalistin hansı sualı verib-verməyəcəyi ilə bağlı məhdudiyyət yoxdur. Onun işlətdiyi ifadələrdə yerinə düşməyən sözlər ola bilər. Ola bilər ki, sualı emosianal səslənsin. Hər halda ictimai maraq kəsb edən mövzudursa, jurnalist istədiyi sualı istənilən şəxsə ünvanlaya bilər. Məmurun borcu onun suallarını cavablandırmaqdır. Ancaq məmurun cavab verməmək hüququnu da tanımaq lazımdır. Məmur cavab vermədiyi halda jurnalistlərin dirəniş göstərməsi heç də onların xeyrinə olmur. Buna görə də, sualları çox düzgün və etik çərçivə gözlənilməklə vermək lazımdır. Mən jurnalisti qınamıram. Auditoriya, oxucu üçün cavab almalıdır. Elə bir nöqtə var ki, dalbadal verilən sualların heç bir əhəmiyyəti olmur və yersiz mübahisələrə gətirib çıxarır. Jurnalistlər o məqamı mütləq nəzərə almalıdır”, - deyə professor vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır