Modern.az

Azərbaycanda bu partiya fəaliyyətini DAYANDIRDI

Azərbaycanda bu partiya fəaliyyətini DAYANDIRDI

24 Mart 2023, 10:44

1994-cü ildə yaradılan və növbəti il dövlət qeydiyyatına alınan Azərbaycan Sosial Rifah Partiyası (ASRP) öz fəaliyyətini dayandırıb.

 

Modern.az xəbər verir ki, partiyanın sədri Əsli Kazımovanın imzası ilə yayılan bəyanatda təşkilatın buraxıldığı bəyan edilib.

 

Bəyanatda bildirilir ki, beynəlxalq münasibətlər sistemində ölkəmizin nüfuzu artıb, daxili siyasətdə əhalinin sosial rifahı strateji prioritet kimi bəyan edilib, tarixi torpaqlarımız işğaldan azad olunub, bunları nəzərə alaraq partiya özünü buraxır.

 

Xanhüseyn Kazımlı tərəfindən qurulan ASRP 1995-ci il avqustun 4-də dövlət qeydiyyatına alınıb. 1995–2020-ci illərdə partiyaya Xanhüseyn Kazımlı, 2020-ci ildən isə onun qızı Əsli Kazımova rəhbərlik edir. Xanhüseyn Kazımlı 2000–2020-ci illərdə Milli Məclisin deputatı olub. 2020-ci ildə keçirilən parlament seçkilərində ASRP 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Əsli Kazımovanın namizədliyini irəli sürüb. Ancaq Mərkəzi Seçki Komissiyası dairədə keçirilən seçkilərin nəticələrini ləğv edib.

 

Qeyd edək ki, ASRP mart ayında fəaliyyətini dayandıran beşinci partiyadır. Bundan əvvəl Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası özünü buraxıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir