Modern.az

Azərbaycanın "yaşıl layihələr"i: "50 milyard dollar investisiya lazımdır" - Ekspert

Azərbaycanın "yaşıl layihələr"i: "50 milyard dollar investisiya lazımdır" - Ekspert

13 İyul 2024, 09:00

Azərbaycan noyabr ayında Bakıda keçiriləcək beynəlxalq COP29 konfransı ərəfəsində "yaşıl layihələr"in maliyyələşdirilməsi üçün ən azı 500 milyon ABŞ dolları cəlb etmək təşəbbüsü ilə çıxış edib. Bu məbləğ Azərbaycanın həyata keçirməyi planlaşdırdığı layihələr üçün kifayətdirmi? Məbləğin daha çox hansı layihələrdə istifadə olunacağı gözlənilir?
 

Mövzu ilə bağlı Modern.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ekoloq Rövşən Abbasov bildirib ki, karbonsuz texnologiyalara keçid çox bahalı prosesdir:


“Biz "yaşıl maliyyə" dedikdə ilk növbədə karbonsuz texnologiyalara maliyyə qoyuluşuna istiqamətlənirik. Məsələn, elektrik avtomobillərini, getdikcə artmaqda olan karbon emissiyalarını azaldan bütün digər texnologiyaları nəzərdə tuturuq. Bunlar çox bahalı texnologiyalardır, keçid özü çox bahalıdır. Karbon qazı emmisiyalarının azaldılması, ölkələrin öhdəliklər götürməsi o demək deyil ki, bu asan bir prosesdir və qısa müddətdə həllini tapacaq. Biz istəsək və yaxşı bir planımız, lazımi maliyyəmiz olsa belə, bu, uzun müddət tələb edən prosesdir”.


Ekspertin sözlərinə görə, artıq Bakıya elektrik avtomobillərinin axını başlayıb:
 

“Amma bu axın bir azdan problemlərə yol aça bilər. Bir müddət sonra bu avtomobillərin hamısını şəbəkəyə qoşsaq, nə baş verəcək?! Təbii ki, çox ciddi problemlər yaranacaq. Ona görə də ilk növbədə enerji sistemində dəyişikliklər aparılmalıdır. Enerji sisteminə qoyulan investisiyalar alternativ enerjiyə istiqamətlənməlidir. Hesab edirəm ki, Azərbaycanın atdığı bu addım çox təqdirəlayiq, müsbətdir. Bu az olsa da, bir işə başlamaq onu başa çatdırmağın əsas şərtlərindən biridir. Azərbaycan bu istiqamətdə inamla irəliləyir. Hesab edirəm ki, bu keçid üçün 500 milyon dollar yox, 50 milyard dollar investisiya lazımdır. Amma bu plan gec-tez özünü doğruldacaq və qoyulan investisiyalar gəlir gətirərək, növbəti addımları şərtləndirə biləcək”.
 

Rəşid Qarayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri