Modern.az

806 nəfər deputat olmaq üçün MÜRACİƏT EDİB

806 nəfər deputat olmaq üçün MÜRACİƏT EDİB

Ölkə

19 İyul 2024, 16:48

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 806 nəfər namizədlik üçün müraciət edib.

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

 

“Partiyaların 585 səlahiyyətli nümayəndəsi artıq qeydiyyatdan keçib. 532 nəfərin isə namizədliyinin irəli sürülməsi təsdiqlənib", - o qeyd edib.

 

MSK sədri vurğulayıb ki, 451 nəfər imza vərəqləri alıb:

 

"31 nəfər isə imza vərəqlərini qaytarıb. 4 nəfərin namizədliyi qeydə alınıb", - deyə o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri