Modern.az

Deputatlar ABŞ-da səfərdədirlər

Deputatlar ABŞ-da səfərdədirlər

Parlament

10 Noyabr 2022, 18:39

Milli Məclisin deputatları ABŞ Konqresinin təşəbbüsü ilə keçiriləcək Açıq Dünya Proqramında iştirak etmək üçün ABŞ-da səfərdədirlər.

 

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, nümayəndə heyətinin tərkibində Soltan Məmmədov, Fazil Mustafa, Nurlan Həsənov, Vüqar Bayramov və Tamam Cəfərova yer alıblar.

 

Milli Məclisin deputatları səfər çərçivəsində ABŞ-ın Vaşinqton, Nyu-Mexiko və Santa-Fe şəhərlərində olacaq, Konqresin və Senatın üzvləri ilə bir sıra görüşlər keçirəcəklər.

 

Görüşlərdə Milli Məclisin deputatlarına ABŞ Konqresinin fəaliyyəti barədə ətraflı məlumat veriləcək, parlamentlərarası əlaqələrin perspektivləri barədə müzakirələr aparılacaq.

 

Səfər noyabrın 18-də başa çatacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi