Modern.az

Azay Quliyevdən Fransa və Ermənistanın ittihamlarına CAVAB

Azay Quliyevdən Fransa və Ermənistanın ittihamlarına CAVAB

Parlament

24 Fevral 2023, 10:08

ATƏT PA-nın Vyana şəhərində keçirilən qış sessiyası çərçivəsində siyasi məsələlər və təhlükəsizlik baş komitəsinin iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev Fransa və Ermənistan deputatları tərəfindən səsləndirilən əsassız ittihamlara cavab verib.

 

Modern.az xəbər verir ki, Azay Quliyev çıxışının əvvəlində Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib, yaralananlara şəfa diləyib.

 

Çıxışının davamında o, Fransa və Ermənistan nümayəndə heyətinin üzvlərini Assambleyanı propoqanda məqsədi ilə sui-istifadə etməməyə və təhrikedici ritorikadan çəkinməyə çağırıb.

 

Deputat Laçın yolu ilə bağlı dilə gətirilən bütün ittihamları qətiyyətlə rədd edib və  Laçın yolundakı dinc nümayişin başlandığı gündən hər iki istiqamətdə 3000-ə yaxın nəqliyyat vasitəsinin maneəsiz hərəkət etdiyini diqqətə çatdırıb.

 

“Siz rahatlıqla sosial mediada yayılmış videolardan gün ərzində 60-a yaxın nəqliyyat vasitəsinin Laçın yolu üzərində maneəsiz hərəkət etdiyini görə bilərsiniz. Əmin olun ki, heç bir yerli sakin, heç bir humanitar və mülki nəqliyyatın sərbəst hərəkətinə problem yaradılmır. Məhz, buna görədir ki, Ermənistan rəsmilərinin vəziyyəti manipulyasiya etməsinə və dezinformasiya yaymasına baxmayaraq,  son 75 gündə heç bir “humanitar fəlakət” və ya “etnik təmizləmə” baş verməyib.

 

Hər hansı “blokada” və ardınca humanitar fəlakət iddiası sadəcə olaraq yalan və böhtandır”, - deputat deyib.

 

Deputat Azay Quliyev çıxışının sonunda toplantı iştirakçılarının diqqətinə çatdırıb ki, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Azərbaycana qarşı qaldırdığı Laçın yolunda dinc aksiyaya hökumət tərəfindən dəstək göstərilməsi və Qarabağa qaz təchizatının dayandırılması iddialarını rədd etməsi daha öncə səsləndirdiyi fikrilərin bir daha təsdiqidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı