Modern.az

Heydər Əliyev hər zaman sülhün tərəfdarı olub - Şalva Papuaşvili

Heydər Əliyev hər zaman sülhün tərəfdarı olub - Şalva Papuaşvili

Parlament

16 May 2023, 11:40

Heydər Əliyev hər zaman Qafqaz regionunda sülhün bərqərar olunmasının tərəfdarı olub.

 

Modern.az xəbər verir ki, bunu Gürcüstan parlamentin sədri Şalva Papuaşvili Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib.

 

“Azərbaycanın çətin dövründə Heydər Əliyev ölkəsini bu vəziyyətdən çıxardı. Heydər Əliyev çətin zamanda bir siyasətçi üçün ən vacib olanı edib, xalqın ürəyini qazandı. Ölkədə bir çox uğurların adı Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Gürcüstan və Azərbaycan arasında əlaqələrin inkişafına xüsusi yanaşıb. Bunu biz yüksək qiymətləndiririk”,- deyə spiker bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər