Modern.az

Xankəndiyə gedən yük maşınları geri qayıtdı

Xankəndiyə gedən yük maşınları geri qayıtdı

Qarabağ

22 Sentyabr 2023, 19:57

Sentyabrın 22-də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün ərzaq və gigiyenik vasitələrdən ibarət yük göndərilib.

 

Modern.az xəbər verir ki, içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və çörək dolu 2 avtomobil Ağdam-Xankəndi yolu ilə yükü ünvanına çatdırıb və geri qayıdıb.

 

Bundan sonra da bu kimi humanitar məqsədli yüklərin çatdırılması təmin olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu