Modern.az

Azərbaycan Qarabağ ermənilərinə yanacaq göndərdi - FOTO

Azərbaycan Qarabağ ermənilərinə yanacaq göndərdi - FOTO

23 Sentyabr 2023, 16:00

Azərbaycan tərəfindən Ağdamdan Xankəndiyə yanacaq göndərilib.

 

Modern.az xəbər verir ki, SOCAR-ın yanacaq daşıyan iki avtomobili Xankəndiyə yola düşüb.

 

Avtomobillərdən birində benzin, digərində isə dizel yanacağı aparılır.

 

Yanacaq Ağdam-Əsgəran-Xankəndi yolu ilə ünvana çatdırılacaq.

 

Qeyd edək ki, sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərin nümayəndələri bölgəyə yanacaq göndərilməsini xahiş etmişdilər.

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu