Modern.az

Qazax əhalisinin milli tərkibi: azərbaycanlı, rus, gürcü, erməni - SİYAHI

Qazax əhalisinin milli tərkibi: azərbaycanlı, rus, gürcü, erməni - SİYAHI

Reportaj

20 Fevral 2024, 12:12

1 yanvar 2023-сü il tarixinə olan məlumata görə, Qazax rayonunda əhalinin sayı 95 773 nəfər olub.

Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

Qazax əhalisinin 47 086 nəfərini kişilər, 48 687 nəfərini qadınlar təşkil edib.

Rayonda əhali sayı ən çox olan yaşayış məntəqəsi Qazax şəhəridkir (20 834 nəfər).

Qazaxda doğulanların gözlənilən ömür uzunluğunun 73,9 yaş olduğu bildirilir.

Rəsmi məlumata görə, 2022-ci ildə Qazaxda 669 nikah bağlanıb, 125 boşanma qeydə alınıb.

Dövlət Statistika Komitəsi əhalinin sonuncu siyahıyaalınması (2019-cu il) zamanı Qazax rayonunda yaşayan əhalinin milli (etnik) tərkibini də müəyyənləşdirib. (Siyahıyaalma zamanı vətəndaş milliyətini könüllü əsasda bildirə də, bildirməyə də bilər).

Sonuncu siyahıyaalma zamanı Qazaxda yaşayan 94 194 nəfər azərbaycanlı olduğunu, 32 nəfər rus olduğunu, 27 nəfər türk olduğunu bildirib.

1 nəfər qadın isə erməni milliyətindən olduğunu etiraf edib.

Qazax rayonunda yaşayan əhalinin milli (etnik) tərkibinə dair rəsmi məlumatı təqdim edirik:


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?