Modern.az

“Uşaqların həyatını təhlükəyə atmayın!” - Baş pediatrdan MÜRACİƏT

“Uşaqların həyatını təhlükəyə atmayın!” - Baş pediatrdan MÜRACİƏT

Aktual

25 Avqust 2021, 16:06

Dünyada olduğu kimi, Azərbaycanda da yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndləmə prosesi ciddi şəkildə həyata keçirilir. Ölkədə azyaşlılar COVID-19 əleyhinə vaksinasiyada iştirak edə bilmirlər, lakin digər xəstəliklər əleyhinə olan peyvəndlərin vurulma faizində də azalma müşahidə edilir.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

 

Baş pediatr bildirib ki, valideynlər uşaqların gecikdirilmiş peyvəndlərini mütləq vurdurmalıdırlar:

 

“Uşaqların həyatını təhlükəyə atmaq olmaz. Valideynlər poliklinikalara gedib övladlarını peyvənd etdirməlidirlər. Uşaqların sağlamlığı valideynlərin əlindədir. Bilirəm ki, valideynlər adətən, uşaqları poliklinikaya aparmağa qorxurlar. Nəzərə almaq lazımdır ki, koronavirus uşaqlarda çox nadir hallarda ağır keçir. Həmçinin rutin peyvəndlərin vurulduğu poliklinikalarda valideynlərin girişi tam steril şəkildə təmin edilir”.

 

Rotavirus haqqında danışan baş pediatr qeyd edib ki, bu infeksiya yay aylarında daha çox yayılır: “Rotavirusa böyüklərdə nadir hallarda rast gəlinir. Virusa yoluxmamaq üçün şəxsi gigiyenaya diqqət etmək lazımdır. Sevindirici haldır ki, rotavirusa qarşı peyvənd mövcuddur. Uşaqlar 2 və 4-cü aylarında rotavirusa qarşı peyvənd olunurlar. Əgər həmin infeksiya əleyhinə 3-cü doza vaksinasiya məsləhətdirsə, uşağa növbəti dəfə 6-cı ayında peyvənd vurulmalıdır. İkinci ayında uşaq rotavirus əleyhinə vaksinasiyadan keçməyibsə, daha sonra ümumiyyətlə həmin peyvəndi vurdura bilməz. Belə olan halda virusa yoluxmamaq üçün tək çarə şəxsi gigiyenaya riayət etməkdir”.

 

E.Rəhimov əlavə edib ki, uşaqlarda immun sistemini qaldırmaq üçün xüsusi dərman preparatı yoxdur:

 

“Hansısa xəstəlikdən qorunmaq üçün dərman istifadə etməkdənsə, vaxtında peyvəndləri vurdurmaq daha məqsədəuyğundur. Uşaqlarda immun çatışmazlığını yalnız müayinə ilə müəyyən etmək olar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı